Gürcüstanın Baş naziri İrakli Kobaxidze İrəvanda ermənistanlı həmkarı Nikol Paşinyanla görüşüb.
7Times.az xəbər verir ki, bu barədə Hökumət Administrasiyasının Mətbuat Xidməti məlumat yayıb.
Məlumata görə, ikitərəfli görüş zamanı ölkələr arasında strateji tərəfdaşlığın əhəmiyyəti vurğulanıb və hökumətlərarası iqtisadi əməkdaşlıq komissiyasının 14-cü iclası çərçivəsində müzakirə ediləcək məsələlər haqqında fikir mübadiləsi aparılıb.
Görüşdə regiondakı mövcud vəziyyət və sülh prosesinin gedişi müzakirə olunub.
İrakli Kobaxidze Gürcüstan hökumətinin dialoqu dəstəkləməyə, regionda sabitliyin və sülhün təmin edilməsinə töhfə verməyə hazır olduğunu bir daha təsdiqləyib. Bu, ölkələrin davamlı inkişafı üçün vacib amil kimi qeyd olunub.
Görüşdə hökumətlərarası iqtisadi komissiyanın növbəti iclasının iki ölkə arasında mövcud ticarət-iqtisadi əlaqələrin genişləndirilməsinə və bu sahədə potensialın tam istifadəsinə imkan verəcəyi qeyd olunub.
İ.Kobaxidze erməni həmkarını Gürcüstana rəsmi səfərə dəvət edib.
Follow @7timesaz