Bu gün Azərbaycanın iki sərbəst güləşçisi Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
7Times.az xəbər verir ki, kişilərin yarışında əvvəlcə Şərif Şərifov (97 kq) 1/8 finalda Abdulrəşid Sadullayevlə (Rusiya) üz-üzə gəlib.
Şərifov rəqibinə 0:5 hesabı ilə uduzub. Sadullayev finala yüksəldiyindən Azərbaycan güləşçisi təsəlliverici görüşə qatılacaq.
Final sabah keçiriləcək. Onun rəqibi yaponiyalı Takuto Otoquro olacaq.
Qeyd edək ki, bu, üçqat dünya çempionumuz Hacı Əliyevin ilk Ollimpiya finalıdır. O, Rio-2016-da isə bürünc medal qazanmışdı.
Azərbaycanın qadın güləşçisi Mariya Stadnik (50 kq) isə 1/8 finalda rusiyalı Stalvira Orşuşla üz-üzə gəlib.
Rəqibinə 9:7 hesabı ilə qalib gələn Stadnik 1/4 finala yüksəlib. O, bu mərhələdə tunisli Sarra Hamdini 10:0 hesabı ilə üstələyərək yarımfinala çıxıb. O, finala gedən yolda yaponiyalı Yui Susaki ilə üz-üzə gəliv və ağır məğluibiyyətə uğrayıb – 0:11. Beləliklə, o, sabahlı görüşdə üçüncü yer uğrunda yarışacaq.
Follow @7timesaz