Bu gün Azərbaycan sərbəst güləşçisi Hacı Əliyev Tokio-2020-də final görüşünə çıxıb.
7Times.az xəbər verir ki, 65 kq çəkidə mübarizə aparan idmançımızın rəqibi Takuto Otoquro (Yaponiya) olub. Bu görüşdə H.Əliyev 4:5 hesabı ilə uduzub və gümüş medalla kifayətlənib.
Qeyd edək ki, H.Əliyev bundan əvvəlki mərhələlərdə Adama Diatta (Seneqal), Daulet Niyazbekov (Qazaxıstan), Bacranq Puniya (Hindistan) qalib gələrək finala yüksəlmişdi.
Xatırladaq ki, H.Əliyev 2016-cı ildə keçirilən Olimpiadada bürünc medal qazanmışdı.