Ölkə

Hafiz Hacıyev Əli Kərimli ilə birləşir? – MMP sədri: “Müxalifətin birliyi vacibdir“

Hafiz Hacıyev Əli Kərimli ilə birləşir? – MMP sədri: “Müxalifətin birliyi vacibdir“backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, ötən gün AXCP sədri Əli Kərimli ilə HƏP lideri Əli İnsanov arasında görüş olub. Məlumatlara görə, tərəflər müxalifətin böyük koalisiyasını yaratmaqla bağlı geniş müzakirə aparıblar. Yeni yaranacaq koalisiyaya Əli İnsanovun rəhbərlik edəcəyi bildirilir. 

Bu görüş siyasi çevrələrdə maraqla qarşılanıb. Vaxtilə müxtəlif qütblərdə dayanan iki adamın bu gün vahid çətir altında bir araya gəlməsi müzakirələrə səbəb olub.

Mövzu ilə bağlı Yenisabah.az-ın suallarını cavablandıran Müasir Müsavat Partiyasının sədri Hafiz Haıcyev deyib ki, bir müddət əvvəl onlara da müəyyən adamlar vasitəsilə mesajlar çatdırılıb:

“Bu saat Əli İnsanov çalışır ki, bütün gücləri birləşdirsin və deyə bilərəm ki, buna qismən də nail olubdur. Ötən gün də AXCP ilə görüşüblər, istəyirlər ki, yanvar ayında hərəkətə keçsinlər. Biz hələlik rəy bildirməyə tələsmirik.

İkinci bir tərəfdən, indi nə olacaq, necə olacaq, bu məsələlər müzakirə olunur. Biz də bu məsələni müzakirəyə çıxarmışıq. Hər halda Azərbaycanda müxalif qüvvələrin birliyi vacibdir”.

Müxalifətçi iddia edib ki, qurulacaq koalisiyada kiminsə özünü lider hesab etməsi yanlış fikirdir:

“Hamı özü üçün liderdir və hamı öz partiya üzvlərinə rəhbərlik etmək iqtidarındadır. Biz o görüşü izləmişik. Əli İnsanovun bu təşəbbüsü müxalifət arasında həqiqətən canlanma yaradıb. Biz də düşünürük ki, əgər Vətənimizə, xalqımıza xeyir dəyəcəksə, torpaqlarımızın işğalda qalan digər hissələrinin azad edilməsində yardımçı olacaqlarsa buna normal baxmaq lazımdır”.

MMP sədri vurğulayıb ki, digər partiyalara da bu cür şərait yaradılmalıdır:

“Bizdə partiyalara oyuncaq kimi baxırlar. Bu düzgün deyil, mən bunu düzgün hesab etmirəm. Müasir Müsavat Partiyasının 110 min üzvü var. Biz prezidents eçkilərində 4 dəfə öz namizədimizlə iştirak etmiş bir siyasi təşkilatıq.  Onu da qeyd edim ki, parlament seçkilərində 4 nəfər namizədlə iştirak edib, qalib gəldik, lakin bizim qələbəmizi  Bu baxımdan bizim də incik düşdüyümüz, narazı olduğumuz məqamlar var.

Hər halda məsələ gündəmdədir və müzakirə olunur. Onlar çalışırlar ki, bütün partiyalarla görüş keçirsinlər. Mən hələlik xəstəyəm və səhhətim ayağa qalxmağa imkan vermir . Qalxan kimi, bu məsələləri müzakirə edib, qəti qərarımızı bildirəcəyik”, – deyə partiya sədri fikrini tamamlayıb.