“İnter”in futbolçusu Hakan Çalhanoğlu karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Offsideplus.az xəbər verir ki, bu barədə məlumatı “TGRT Haber” yayıb.
Mənbəyə görə, türkiyəli yarımmüdafiəçi “Liverpul”un diqqət mərkəzindədir. Ada təmsilçisi transferin gerçəkləşməsi üçün “İnter”ə 60 milyon avro təklif edib. İtaliya nəhəngi keçidlə bağlı yekun qərar verməyib.
Hakan Çalhanoğlunun “İnter”lə müqaviləsi 30 iyun 2027-ci ildə başa çatacaq.
Follow @7timesaz