İdman

Hakim Bellinqemi bu sözünə görə qovubmuş

Hakim Bellinqemi bu sözünə görə qovubmuşbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Real Madrid”in baş məşqçisi Karlo Ançelotti yarımmüdafiəçi Cud Bellinqemin “Osasuna” ilə matçda (1:1) qırmızı vərəqə almadan əvvəl baş hakim Xose Munuera Monteroya nə dediyini açıqlayıb.

7Times.az xəbər verir ki, insayder Fabritsio Romano “X” sosial şəbəkəsində Ançelottidən sitat gətirib:

“Düşünürəm ki, hakim Cudun ingiliscəsini başa düşməyib. “Hər şeyi lənətə gəlsin” deyib, “rədd ol” yox. Bunlar tamamilə fərqli ifadələrdir. Daha hakim haqqında danışmayacağam, çünki gələn həftə ehtiyat oyunçular skamyasında olmaq istəyirəm”.