“İsmayıl Haniyənin Tehranda xaincəsinə öldürülməsini şiddətlə qınayır və pisləyirəm. Bu sui-qəsd Fələstin davasını, Qəzzanın şanlı müqavimətini və fələstinli qardaşlarımızın ədalətli mübarizəsini pozmağa, fələstinliləri ruhdan salmağa və onlara qarşı mübarizəyə yönəlmiş alçaq bir cəhddir”.
7Times.az xəbər verir ki, bunu Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Tehrandakı iqamətgahına təşkil olunan hücum nəticəsində həlak olan HƏMAS lderi İsmayıl Haniyə ilə bağlı danışarkən deyib.
“Qardaşım İsmayıl Haniyəyə qarşı sui-qəsdin məqsədi Şeyx Əhməd Yasin, Əbdüləziz Əl-Rantisi və bir çox digər qəzzalı siyasi xadimlərə qarşı iyrənc hücumların məqsədi ilə eynidir. Lakin sionist barbarlığı indiyə qədər olduğu kimi öz məqsədlərinə çata bilməyəcək. İnşallah İslam dünyasının daha güclü mövqeyi və bəşəriyyətin ittifaqı ilə İsrailin coğrafiyamızdakı terror, xüsusilə Qəzzadakı zülm və soyqırımı mütləq sona çatacaq, bölgəmiz və dünyamız dinclik tapacaq. Bu səbəbdən Türkiyə olaraq bütün imkanlarımızla və gücümüzlə fələstinli qardaşlarımızı dəstəkləməyə davam edəcəyik. Biz 1967-ci il sərhədlərinə əsaslanan, paytaxtı Şərqi Qüds olan azad, suveren və müstəqil Fələstin dövlətinin qurulması üçün işimizi davam etdirəcəyik”, – deyə Ərdoğan bildirib.
Follow @7timesaz