Ölkə

Hava limanı yolunda sürət həddi endirildi

Hava limanı yolunda sürət həddi endirildibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda Zığ dairəsi-hava limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

 

Bu barədə 7Times.az -a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

 

Bildirilib ki, hazırda müşahidə edilən küləkli hava şəraiti ilə əlaqədar Zığ dairəsi – hava limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. Eyni zamanda bütün məlumat sürət tablolarında “Güclü külək” işarəsi qoyulub. Sürücülərdən müəyyənləşdirilən sürət həddinə əməl etmələri xahiş olunur.