İdman

Həndbol üzrə Avropa çempionatının təsnifat turniri Bakıda keçiriləcək – FOTO

Həndbol üzrə Avropa çempionatının təsnifat turniri Bakıda keçiriləcək – FOTObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kişi həndbolçular arasında 2026-cı ildə keçiriləcək Avropa çempionatının təsnifat turnirinə Bakı ev sahibliyi edəcək.

Azərbaycan Həndbol Federasiyasından Oxu.Az-a verilən məlumata görə, seçmə mərhələsinin oyunları 13-15 yanvarda Bakı İdman Sarayında baş tutacaq.

Turnirdə Azərbaycan millisi ilə yanaşı, Böyük Britaniya, Kipr və Malta kollektivləri da mübarizə aparacaqlar.

Yığma ilk oyununu yanvarın 13-də Malta seçməsinə qarşı keçirəcək. Növbəti görüş 2 gün sonra Böyük Britaniya millisi ilə olacaq. Hər iki qarşılaşma saat 17:00-da başlayacaq. Azərbaycan millisi turnirdəki son matçına isə yanvarın 15-də çıxacaq. Kipr yığması ilə qarşılaşmanın başlama saatı 15:00-dır.