Həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılanların hərbi geyim formasını daşıya biləcəyi günlər müəyyənləşib.
7Times.az xəbər verir ki, bununla bağlı “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə dəyişiklik edilməsi təklif edilib.
Təklif olunan dəyişikliyə əsasən, həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılarkən hərbi geyim formasını daşımaq hüququ verilmiş şəxslər həmin geyim formasını yalnız rəsmi dəvət olunduqları tədbirlərdə, peşə bayramı günlərində, habelə Azərbaycan Silahlı Qüvvələri Günü, Zəfər Günü və Anım Günündə daşıya biləcəklər.
Bundan başqa, əsasnamədəki mövcud dəyişikliklə əlaqəli İnzibati Xətalar Məcəlləsinə (İXM) yeni maddə əlavə edilir.
Belə ki, təklif edilən yeni maddəyə görə, həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılarkən hərbi geyim formasını daşımaq hüququ verilmiş şəxsin hərbi geyim formasını qanunla nəzərdə tutulmamış hallarda daşımasına görə 500 manatdan 700 manatadək məbləğdə cərimə nəzərdə tutulur.
Bundan başqa, İMX-yə təklif olunan daha bir dəyişiklə əməliyyat-axtarış fəaliyyəti subyektlərinin, hərbi qulluqçuların və prokurorluq işçilərinin fərqlənmə nişanları olan hərbi və xüsusi geyim formalarını qanunsuz olaraq daşımaya görə inzibati xətanın obyekti olmuş hərbi və xüsusi geyim forması müsadirə edilməklə 800 manatdan 1 000 manatadək (hazırda 300-500 manat) məbləğdə cərimənin olması təklif edilib.
Follow @7timesaz