Ölkə

Hesablama Palatası dövlət qurumunda yoxlamalar APARIR

Hesablama Palatası dövlət qurumunda yoxlamalar APARIRbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hesablama Palatası Bakı Şəhər Mədəniyyət Baş İdarəsində yoxlamalar aparılır.

7Times.az  Bizim.Media-ya istinadən xəbər verir ki, yoxlamalara yanvar ayının əvvəllərindən başlanıb və bu, fevralın sonunda bitəcək. Audit yoxlamaların Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tərkibindəki mədəniyyət ocaqlarında da aparıldığı qeyd olunur.

Mənbənin sözlərinə görə, yoxlamalar Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyevin vəzifəsindən sui-istifadə edərək qanunazid qərarlar qəbul etməsi iddiası ilə bağlı aparılır.

Mədəniyyət Nazirliyinin mətbuat katibi Aynur Kərimova “Yoxlamalar plana uyğun olaraq aparılır” cavabını verib.

Hesablama Palatasından isə onlara rəsmi sorğu ilə müraciət etməyimiz istənilib. Qurumun email ünvanına rəsmi sorğu göndərsək də, hələ ki açıqlama verilməyib.

Qeyd edək ki, idarə rəhbərinin adı əmək mübahisələri ilə bağlı qalmaqallarda çəkilir. İddialara görə, İbrahim Əliyev təhsilsiz şəxsləri rəhbərlik etdiyi Baş İdarənin tərkibindəki mədəniyyət ocaqlarında işə götürüb, işə götürülən şəxslərin təqdimatını isə onun tapşırığı ilə kuratoru, mədəniyyət üzrə sektor müdiri Səbinə Məmmədova hazırlayıb. Halbuki “Bədən tərbiyəsi və idman haqqında” Qanunun 48-ci maddəsinə əsasən, idman üzrə ali və orta ixtisas təhsili olmayan insanlar bu sahə üzrə pedaqoji dərs verə bilməzlər.

Bundan əlavə İbrahim Əliyevin müvafiq qanunlara məhəl qoymayaraq, şəxsi əmri və idarənin daxili qərarları ilə işçi qəbulu həyata keçirir. Belə ki, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyevin 14.12.2022-ci il tarixində imzaladığı 164 nömrəli əmrinə əsasən, idarənin hazırladığı qanunlarla sadəcə sertifikatı olan və ya heç bir sənədi olmayan adamlar da idarənin balansına daxil olan müəssisələrdə ödənişli və ödənişsiz formada idman dərsləri verə bilərlər. Elə bu əmr əsasında Baş idarənin tərkibinə daxil olan Əmirov adına Mədəniyyət sarayı, Mərdəkan Mədəniyyət Sarayı, Binə Mədəniyyət Mərkəzi, Qızıldaş qəsəbə Mədəniyyət Mərkəzi və Binəqədi Mədəniyyət evinin fitnes klublarına təhsili olmayanların rəhbərlik etdiyi deyilir.