İqtisadiyyat

Hibrid və elektrik avtomobillərinin satışı artacaq – Ekspert

Hibrid və elektrik avtomobillərinin satışı artacaq – Ekspertbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Mərkəzi Bankının qərarı ilə elektrik və hibrid avtomobillər üçün kredit şərtləri yüngülləşdirilib.

7Times.az  xatırladır ki, “Kredit riskləri, o cümlədən iri kredit riskləri ilə bağlı prudensial normativ və tələblərə dair Qayda”sına edilən dəyişikliyə əsasən yeni elektrik mühərrikli avtomobillər kreditlə alınan zaman ilkin ödəniş 10%, hibrid mühərrikli avtomobillər alınan zaman isə 20% ilkin ödəniş tələb olunacaq. Ənənəvi yanacaqlarlarla (benzin, dizel və qaz) çalışan yeni avtomobillər alınan zaman ilkin ödəniş üçün 40% tələbi saxlanılıb.

 

Elektrik və hibrid avtomobillər üçün kredit şərtlətinin yüngülləşdirilməsi qərarını şərh edən nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov qeyd edib ki, ekoloji təmiz avtomobillərin əlçatanlılığının yaxşılaşdırılması gözlənilən idi.

 

O bildirdi ki, 2021-ci ildə qəbul edilən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədinin 5 prioritetindən biri Azərbaycanın təmiz ətraf mühit və “yaşıl artım” ölkəsinə çevrilməsidir. Ekspertin fikrincə, ölkəmizin ekosistemini yaxşılaşdırmaq üçün atmosferə buraxılan zərərli qazların miqdarı azaldılmalıdır. O bu məqsədlə avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrin, qazların miqdarının azaldılmasının vacib olduğunu vurğuladı. Onun sözlərinə görə Mərkəzi Bankın son qərarı məhz bu məqsədə xidmət edir: “Qeyd edilən istiqamətdə dövlət müəyyən addımlar atır. İlk növbədə ekoloji təmiz nəqliyyat vasitələrinin idxalını və ölkə daxilində istismarını stimullaşdıran, həvəsləndirən müəyyən addımlar atılıb.

 

Elektrik avtomobillərinin idxalı ƏDV-dən azad edilib, idxal zamanı yalnız gömrük rüsumu alınıb. 2022-ci ilin yanvarın 1-dən isə yeni qaydalar qüvvəyə minib və yeni elektrik, hibrid avtomobillərin idxal xərcləri azaldılıb. Bu il qüvvəyə minən dəyişiklikdən sonra istehsal tarixi yeni olan hibrid və elektrik avtomobillərin qiymətlərində enmə müşahidə olunub.

 

Növbəti mərhələ isə belə avtomobilləri almaq istəyən vətəndaşlara təklif edilən kreditlərin şərtlərinin yüngülləşdirilməsidir. Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə ilkin ödəniş nisbəti 40 faizdən 10 və 20 faizə salınması ölkəmizdə ekoloji təmiz avtomobillərə marağı artacaq. Çünki əhali üçün bu avtomobillərə sahib olmaq daha əlçatan olacaq”.

 

Bu dəyişiklikləri nəzərə alan E.Cəfərov hesab edir ki, qarşıdakı dövrdə ölkəmizdə elektrik və hibrid avtomobillərə tələb artacaq, həmin avtomobillər daha çox idxal ediləcək.