Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin adına saxta profillər yaradılıb.
7times.az-ın xəbərinə görə, bu barədə Hikmət Hacıyevin özü rəsmi tvitter səhifəsində yazıb.
“Hörmətli izləyicilər! Mənim adıma twitter-də @hikmet_hajiyev və teleqram kanalında Hikmet Hajiyev kimi ünvanlar yaradılıb. Bundan əvvəl Instagram və Facebook-da belə saxta profillər yaradılmışdı. Mənim yalnız Twitter-də @HikmetHajiyev adlı hesabım vardır”, – deyə Hikmət Hacıyev qeyd edib.
“Erməni təbliğat maşını mənim adımdan bu cür saxta profillər yaradır və daha sonra XİN Ermənistana şərhlər yazır. Çox gülüncdür”, – deyə H.Hacıyev növbəti paylaşımında bildirib.
Follow @7timesaz