Qarabağ

Hikmət Mirzəyev: “Mən Şuşaya girəndə… ” – VİDEO

Hikmət Mirzəyev: “Mən Şuşaya girəndə… ” – VİDEObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə Bakı Media Mərkəzi və “Salnaməfilm” studiyasının birgə istehsalı olan “Şuşa, sən azadsan!” sənədli filmi Zəfər bayramı ərəfəsində geniş auditoriyaya təqdim olunacaq.

7Times.az xəbər verir ki, bu barədə “Bakı Media Mərkəzi” məlumat yayıb. Müasir hərb tarixinin ən parlaq səhifələrindən biri olan “Şuşa əməliyyatı”nın maraqlı detalları izləyicilərə ilk dəfə bu filmdə təqdim olunacaq. Filmdə Şuşa əməliyyatını həyata keçirən cəsur əsgər və zabitlərimizin müsahibələri, əməliyyat zamanı çəkilmiş eksklüziv kadrlar yer alır.

​Sənədli filmdə Vətən Müharibəsi Qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrin komandanı, general-leytenant Hikmət Mirzəyevin fikirləri yer alıb: “Mən Şuşaya girəndə özümü çox xoşbəxt və vicdanımın nə qədər rahatlıq içində olduğunu hiss etdim”.