Dünya

Hindistanda ağır qəza – 15 ölü, 40 yaralı + Video

Hindistanda ağır qəza – 15 ölü, 40 yaralı + Videobackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hindistanın Madhya-Pradeş ştatında sərnişin avtobusu ilə yük avtomobili toqquşub.

“Qafqazinfo” NDTV-yə istinadən xəbər verir ki, insident cümə günü axşam Reva dairəsində baş verib.

Hadisə nəticəsində azı 15 nəfər həyatını itirib, 40-a yaxın insan yaralanıb.

Yaralılar xəstəxanalara çatdırılıb, bəzilərinin vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.