İdman

“Honda uğurlu transferdir” – Mahir Şükürovdan EKSKLÜZİV AÇIQLAMA

“Honda uğurlu transferdir” – Mahir Şükürovdan EKSKLÜZİV AÇIQLAMAbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

7times.az saytının “Gündəm Özəl” rubrikasının növbəti qonağı  “Antalyaspor”, “Karşıyaka”, “Anji”, “Xəzər Lənkəran”, “Qəbələ” və “Neftçi” kimi klublarda oynamış, Azərbaycan Milli Komandasının sabiq müdafiəçisi Mahir Şükürov oldu. Gündəmə dair 3 sualın,  gündəm yaradacaq 3 cavabını sizlərə təqdim edirik:

Kiesuke Hondanın “Neftçi”yə transferi barədə nə düşünürsünüz?

Düşünürəm ki, Honda həm futbol, həm də reklam cəhətdən xeyri dəyəcək futbolçudur. Məncə “Neftçi” üçün uğurlu bir transferdir.

Sizcə futbolumuzdakı ən böyük problem nədir?

Azərbaycan futbolundakı ən böyük problem uşaq futbolundadır. Çünki futbolu bilməyən insanlar uşaq futbolunu idarə edirlər.

Bu il “Çempionlar Liqası”nı qazanmağa kimi favorit hesab edirsiniz?

Məncə “Çempionlar Liqası”nı bu il yenidən “Bavariya” qazanacaq. Bizim liqamızda “Çempionlar Liqası” təsnifat mərhələsinə düşmək uğrunda mübarizə isə, son tura kimi “Qarabağ” və “Neftçi” arasında gedəcək.

Elmir Kərimli