İtaliyanın “Milan” klubunun dünyaca məşhur futbolçusu Zlatan İbrahimoviç növbəti dəfə maraqlı addımı ilə gündəmə gəlib.
7times.az xəbər verir ki, İsveçli futbolçu avtomobil yolunda 3 saat tıxacda qaldıqdan sonra, festivala yetişmək üçün tanımadığı bir fanatının motosikletinə minib. Lakin yolun sonunda heç gözləmədiyi bir cavab alıb.
39 yaşlı dünya ulduzu başına gələn maraqlı hadisəni belə şərh edib:
“Avtomobil yolunda bir qəza olmuşdu. Tıxacda 3 saat qaldıqdan sonra sürücümə qapını açmasını söylədim. Yoldan keçən bir motosikletçini saxlayaraq, ondan soruşdum: “Məni San- Remoya apara bilərsən?” Təsadüfən o da, “Milan” fanatı çıxdı. Yolun sonuna çatanda isə o mənə, magistral yolda ilk dəfədir, motosiklet sürdüyünü dedi. Bilirəm, inanılmaz səslənir. Bəlkə də, risk etdim. Amma mən risk etməkdən qorxmuram. Festivala çatmaq üçün başqa variantım da yox idi”.
Xatırladaq ki, Zlatan İbrahimoviç 4 Martda tarixində “Bolonya” komandasının baş məşqçisi Sinişa Mixailoviç ilə San-Remo mahnı festivalında duet oxuyub.
Elmir Kərimli
Follow @7timesaz