Ölkə

İcra başçısı birinci müavin təyin etdi.FOTO

İcra başçısı birinci müavin təyin etdi.FOTObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xaçmaz Rayon İcra Hakimiyyətində kadr təyinatı olub

7Times.az xəbər verir ki,Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısının müvafiq sərəncamı ilə Oruclu Anar Absətdər oğlu Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının birinci müavini təyin edilmişdir.
Oruclu Anar Absətdər oğlu 1974-cü ildə Xaçmaz rayonu Arzu qəsəbəsində anadan olmuşdur. 1997-ci ildə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasını iqtisadçı ixtisası üzrə bitirib. Bu təyinatadək Xaçmaz Rayon İcra Hakimiyyəti başçısı aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdür müavini vəzifəsində çalışıb. Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, 3 övladı var.