Xəbər verdiyimiz kimi, Azərbaycanın para-üzgüçüsü Roman Saley Tokio-2020 Yay Paralimpiya Oyunlarında finala çıxıb.
7times.az-ın məlumatına görə, bu gün Bakı vaxtı ilə saat 13:11-də başlayacaq həlledici mərhədə idmançımızın rəqiblərindən biri Belarusiyanı təmsil edən qardaşı Dmitri Saley olacaq.
Qeyd edək ki, Dmitri Saley daha əvvəl Azərbaycan bayrağı altında çıxış edib. O, Rio-2016-da iki bürünc medal qazanıb.
Xatırladaq ki, Roman Saley Toki-2020-də bundan əvvəl 100 metr məsafəyə arxası üstə üzmə yarışında qızıl medalın sahibi olub.
Follow @7timesaz