Ciddə şəhərində İslam Əməkdaşlıq Təşkilatının İcraiyyə Komitəsinin xarici işlər nazirləri səviyyəsində növbədənkənar görüşü keçirilib.
Bu barədə 7Times.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, görüşdə Azərbaycan Respublikasını xarici işlər nazirinin müavini Yalçın Rəfiyev təmsil edib.
Tədbir zamanı İsrail-Fələstin münaqişə zonasinda son vəziyyət, onun regiona yaratdığı təhdidlər və həll yolları müzakirə edilib. Görüşün sonunda Yekun Kommünike qəbul edilib.
Follow @7timesaz