Dünya

İki həftə müddətində Hörmüz boğazından təhlükəsiz keçid mümkün olacaq – ƏRAQÇİ

İki həftə müddətində Hörmüz boğazından təhlükəsiz keçid mümkün olacaq – ƏRAQÇİbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ və İsraillə atəşkəslə bağlı açıqlama yayıb.

7Times.az xəbər verir ki, Əraqçi açıqlamasında yazıb: “Pakistan Baş nazirinin qardaşcasına müraciətinə, ABŞ-ın 15 maddəlik təklifləri əsasında danışıqlar çağırışına və ABŞ prezidentinin İranın 10 maddəlik təkliflərinin ümumi qəbulunu danışıqların əsası kimi elan etməsinə cavab olaraq, İranın Ali Milli Təhlükəsizlik Şurası adından bəyan edirəm:

– Əgər İran İslam Respublikasına qarşı hücumlar dayandırılarsa, güclü silahlı qüvvələrimiz də müdafiə xarakterli əməliyyatlarını dayandıracaq.

– İran silahlı qüvvələri ilə koordinasiya şəraitində və mövcud texniki məhdudiyyətlər nəzərə alınmaqla, iki həftə müddətində Hörmüz boğazından təhlükəsiz keçid mümkün olacaq”.