Kriminal

İki uşaq anası: “Evdə tək qaldıq, məndən xoşu gəldiyini dedi, israrla…” – ŞOK

İki uşaq anası: “Evdə tək qaldıq, məndən xoşu gəldiyini dedi, israrla…” – Şokbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şəmkir rayonunda 1994-cü il təvəllüdlü, əvvəllər dəfələrlə məhkum olunmuş Elçin Vəliyev Fərqanəyə (ad və soyadlar şərti verilib – red.) təcavüz edib.

7times.az-ın xəbərinə görə, Elçin 27 dekabr 2020-ci ildə tanış olduğu Şəmkir rayonu Seyfəli kəndində yaşayan Fərqanə ilə mobil telefonla danışıb.

Bu zaman o, Fərqanədən xoşlandığını və onunla daha yaxından tanış olmaq istədiyini bildirib. Fərqanə ilə dekabrın 31-də saat 16 radələrində cinsi əlaqədə olmaq məqsədilə Şəmkir şəhərində yerləşən avtovağzalın yaxınlığında görüşüb və onu Şəmkir şəhərində dostuna məxsus evə gətirib.

“Yalnız söhbətə gəlmişəm…”

Elçin dostunun evdə olmamasından istifadə edib və Fərqanəni qucaqlayaraq ona cinsi əlaqədə olmağı təklif edib. Fərqanə cinsi əlaqədə olmaq istəmədiyini və yaxından tanışlıq məqsədilə söhbət etmək üçün görüşdüyünü bildirib.

Buna baxmayaraq, Elçin israrla Fərqanə ilə cinsi əlaqədə olacağını bildirib, mübahisə etməyə başlayıb. Elçin zor göstərəcəyi ilə hədələyib və Fərqanənin qollarından tutaraq otaqdakı divana arxası üstə uzadıb.

Daha sonra özü də soyunub, qadını da zorla soyundurub. Sonra Fərqanənin üzərinə uzanıb, onunla cinsi əlaqəyə girməyə cəhd göstərib. Fərqanə aktiv müqavimət göstərib və ucadan qışqıraraq səs-küy salıb, kömək çağırıb və əlləri ilə Elçinin itələyərək qaçmaq istəyib.

Elçin Fərqanəni itələyərək belinin divanın küncünə dəyməsi səbəbindən bel nahiyəsinin qançırı ilə nəticələnən xəsarət yetirib. Elçin məqsədinə çatmaq üçün Fərqanəni yumruqlarla vurub və sonra zorla cinsi əlaqədə olacağını bildirib.

Cinsi zorakılıq

Elçin Fərqanəni yenidən divana yıxaraq, onunla cinsi əlaqədə olmaq istəyib. Amma Fərqanə yenidən aktiv müqavimət göstərib, ona mane olub.

İstintaq orqanı tərəfindən Elçinin barəsində Cinayət Məcəlləsinin 29, 149.1-ci (zorlama, yəni zərərçəkmiş şəxsə və ya başqa şəxslərə qarşı zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqədə olmağa cəhd) maddəsi ilə ittiham elan edilib.

“Məqsədim cinsi əlaqədə olmaq idi”

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elçin bildirib ki, həbs edildiyi günə qədər anası ilə birlikdə yaşayıb: “2019-cu ilin mayından başlayaraq Şəmkir rayonunda yerləşən “Qəsr” restoranında ofisiant işləmişəm. Fərqanə ilə təxminən 2020-ci ilin dekabrın axırlarında tanış olmuşam.

Tanış olduqdan sonra telefonla danışmağa başladıq. Fərqanə mənə həyat yoldaşının rəhmətə getdiyini, uşaqlarla birlikdə tək yaşadığını bildirdi. Danışdığımız müddətdə Fərqanədən xoşum gəldi. Fərqanə də məndən xoşaldığını, mənimlə yaxından tanış olmaq istədiyini dedi.

Fərqanə ilə ailə həyatı qurmaq fikrim olmayıb. Məqsədim onunla cinsi əlaqədə olmaq olub”.

“Mən istədim, o imtina etdi”

Elçinin sözlərinə görə, dekabrın 31-də, günorta saatlarında Fərqanə ona zəng edib və Şəmkir şəhərinə gəldiyini bildirib: “O, mənimlə görüşmək istədiyini dedi. Görüşə razılıq verdikdən sonra Fərqanə məndən harada görüşəcəyimizi soruşdu. Ona dostuma məxsus evdə görüşəcəyimizi dedim. Onu avtovağzalın yaxınlığında gözlədim.

Fərqanə gəldikdə xatırlamadığım taksi ilə Şəmkir şəhəri “Posanlı” yaşayış massivində yaşayan Vəli adlı dostumun evinə getdik. Biz gələndən sonra Vəli evdən getdi. Evdə xoş söhbət etdik. Fərqanə məndən xoşu gəldiyini bildirdi. Mən cinsi əlaqədə olmağı təklif etdim, Fərqanə istəmədi.

Sadəcə tanışlıq məqsədilə yaxından söhbət etmək üçün mənimlə görüşdüyünü, məni yaxşı tanıdıqdan və müəyyən vaxt keçəndən sonra cinsi əlaqədə olacağını söylədi. Mən israrla istəyimi bildirməyimə baxmayaraq, o, imtina etdi”.

“Təhqir etdiyi üçün yumruqla zərbə vurdum”

Elçin qeyd edib ki, söhbət zamanı Fərqanə ona “cındır” dediyi üçün aralarında mübahisə düşüb: “Mübahisə zamanı Fərqanəyə bir şillə vurdum. Məni nalayiq ifadələrlə təhqir etdiyi üçün yumruqla onun burnuna zərbə vurdum. Zərbənin təsirindən Fərqanənin burnundan qan açıldı. Səs-küyə dostum evə daxil oldu, dəsmal verdi, Fərqanə üzünü sildi.

Bundan sonra Fərqanə evə getmək istədiyini bildirdi. Biz birlikdə evdən çıxaraq yoldan keçən xatırlamadığım taksi maşını ilə Fərqanəni avtovağzala apardım, onu avtobusla yola saldım”.

Elçinin ifadəsinə görə, bundan sonra Fərqanəni görməyib: “2021-ci ilin yanvarın 2-də Şəmkir rayon polis şöbəsinin Eldəniz adlı əməkdaşı mənə zəng etdi, polis şöbəsinə gəlməli olduğumu bildirdi.

Şöbədə Fərqanənin məndən şikayət etdiyini bildim. Fərqanəni döymüşəm, lakin onu zorlamağa cəhd etməmişəm, onunla cinsi əlaqədə olmamışam”.

“Əvvəllər evli olduğunu bildirdi”

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən deyib bildirib ki, 1993-cü ildə məlum hadisələrə görə Kəlbəcər rayonundan qaçqın düşərək Şəmkir rayonu Seyfəli kəndində məskunlaşıb: “Barəsində şikayət etdiyim Elçinlə təxminən 2020-ci ilin dekabrın axırlarında tanış olmuşam. Elçin Mingəçevir şəhərində yaşadığını, əvvəllər evli olduğunu, həyat yoldaşından boşandığını, mənimlə yaxından tanış olmaq istədiyini bildirdi.

Tanış olduqdan sonra telefonla danışmağa başladıq. Lakin görüşmədik”.

“Şillə ilə sifətimə bir neçə dəfə vurdu”

Fərqanənin ifadəsinə görə, dekabrın 31-də, günorta saatlarında Elçin ona zəng edib və görüşmək istədiyini bildirdin: “Ona razılıq verdikdən sonra Seyfəli kəndindən çıxaraq Şəmkir şəhərinə gəldim. Elçin taksi ilə məni avtovağzalda qarşıladı. Avtomaşına əyləşdim, məni Şəmkir şəhərində tanımadığım həyət evlərinin birinə apardı. Açarla darvazanı açdı, birlikdə evə girdik. Evdə olarkən Elçin məndən xoşu gəldiyini, mənim gözəl olduğumu, məni xoşladığını, cinsi əlaqədə olmaq istədiyini dedi. Ona etiraz edərək yalnız tanışlıq məqsədilə ilə görüşdüyümü dedim.

Elçin israrla məni xoşladığını, məni saxlayacağını, mənimlə cinsi əlaqədə olmaq istədiyini söylədi. Mobil telefonumu əlimdən aldı. Etiraz etsəm də, zorla məni otaqdakı divana uzatdı. Əynindəki şalvarı aşağı çəkdikdən sonra zorla mənim şalvarımı da aşağı çəkdi. Onun əlindən qaçmaq istəyərkən şillə ilə sifətimə bir neçə dəfə vurdu. Qişqıraraq məni buraxmasını istədim”.

“Məni öpməyə başladı”

Fərqanənin sözlərinə görə, Elçin buraxmadığına görə ona müqavimət göstərməyə başlayıb: “Onun əlindən çıxmaq üçün ayağa qalxdım, qaçmaq istəyən zaman məni itələdiyinə görə belim divanın küncünə dəydi, xəsarət aldım. Bundan sonra məni döyməyə başladı, nə olur-olsun mənimlə cinsi əlaqədə olacağını dedi.

Ona müqavimət göstərən zaman qəflətən gözləmədiyim anda yumruqla burnuma möhkəm zərbə vurdu. Zərbənin təsirindən burnumdan qan açıldı və güclü fiziki ağrı hiss etdim. Ona müqavimət göstərmək istəyəndə məni arxası üstə divanın üstünə uzadaraq üzərimə çıxdı. Məni öpməyə başladı”.

“İyrənc hərəkətlər etməyə başladı”

Fərqanə qeyd edib ki, Elçin onun qollarını tutaraq fiziki zor tətbiq edib: “Mənimlə cinsi əlaqədə olmaq istəsə də, müqavimət göstərdiyim üçün cinsi əlaqədə ola bilmədi. Buna baxmayaraq mənə qarşı iyrənc hərəkətlər etməyə başladı. Onun əlindən çıxmaq üçün qışqırmağa və səs-küy salmağa başladım. Onu özümdən itədim, amma fiziki cəhətdən məndən güclü olduğuna görə macal taparaq qaça bilmədim.

Elçin zor tətbiq etməklə məni döydü, əlini-qolunu tutmaqla zorla cinsi əlaqədə olmaq istədi. Müqavimət göstərdim, qışqırtı səsimə evin sahibi gəldi, Elçin məndən aralandıi”.

“Yalandan yıxıldığımı bildirdim”

Fərqanənin ifadəsinə görə, əynini geyinib və telefonu Elçindən istəyib: “Nəyə görə telefonu istədiyimi soruşduqda, polisə zəng vuracağımı söylədim. O isə polisin ünvanına söyüş söyərək telefonumun ekranını qırdı.

Elçinin dostu məni al-qanın içində olduğumu gördü, məni qucağına alaraq sobanın yanına apardı, üzümü silmək üçün dəsmal verdi. Dəsmalla üzümü sildim, dəsmal qana bulaşdı. Həmin dəsmalı hadisə yerinə baxış keçirilən zaman göstərmişəm. Ağladığıma və özümdə olmadığıma görə Vəli mənə şərbət hazırladı, yanımda Elçini danladı. Telefonumu Elçindən aldı.

Elçin xatırlamadığım taksi maşınında Vəli ilə birlikdə məni avtovağzala apardı. Mənə 2 manat verib yola saldı. Vəli Elçindən gizli mənə Şəmkir rayon polis şöbəsində işləyən Eldəniz adlı əməliyyat müvəkkilinin nömrəsini verdi. Evə gələndə qızım və oğlum mənim halımı görərək nə baş verdiyimi soruşdular. Onlara yalandan yıxıldığımı bildirdim”.

“Şikayət etdim”

Zərərçəkmiş qeyd edib ki, yanvarın 1-də əməliyyat müvəkkili Eldəniz müəllimə zəng vursa da, telefonu götürməyib: “Yanvarın 2-də səhər saatlarında polis əməkdaşı özü zəng etdi. Olanlar barədə ona danışdım. Eldəniz müəllim polis şöbəsinə gələrək şikayət etməli olduğumu dedi.

Həmin gün Şəmkir rayon polis şöbəsinə gəldim Oradan məni Şəmkir rayon Prokurorluğuna göndərdilər. Elçindən şikayət etdim”.

Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Elçin 4 il müddətinə azadlıqdan məhrum edilib. Teleqraf.com