Münaqişə

İkinci Qarabağ müharibəsi ilə bağlı SENSASİON FAKT AÇILDI – 12mindən çox insan… – SİRLƏR AÇILIR

İkinci Qarabağ müharibəsi ilə bağlı SENSASİON FAKT AÇILDI – 12mindən çox insan… – SİRLƏR AÇILIRbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ermənistanın “Joxovurd” qəzeti ikinci Qarabağ müharibəsi ilə əlaqədar təxminən 1 500 cinayət işinin qaldırılması barədə yazı dərc edib.
Hazırda bu cinayət işləri ilə bağlı Ermənistanın İstintaq Komitəsinin Baş İstintaq İdarəsində təhqiqatlar aparılır.
Məlumata görə, cinayət işlərində 12 500-dən çox insanın adı keçir.
“Bundan başqa, cinayət işləri üzrə təxminən 180 hərbi qulluqçu saxlanılıb, 500-dən çox insan məsuliyyətə cəlb edilib. Cinayət məsuliyyətinə cəlb edilənlərdən 12-si komandirdir. Onlar arasında yüksək vəzifəli 2 zabit də var”, – qəzet qeyd edib.
“Joxovurd” qəzeti ikinci Qarabağ müharibəsində 3 300-dən çox hərbçinin həlak olduğunu, 9 000-dən insanın yaralandığını vurğulayıb. //Report