Ölkə

İlqar Mahmudov Zərdabi və Bağbanlı qəsəbələrini ziyarət etdi – FOTOLAR

İlqar Mahmudov Zərdabi və Bağbanlı qəsəbələrini ziyarət etdi – FOTOLARbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov əvvəlcə Zərdabi qəsəbəsinə gələrək uzun illər ərzində qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərlə və qəsəbə ictimaiyyətinin digər nümayəndələri ilə görüşmüş, onlara tezliklə həmin binaların yerində ən müasir tələblərə cavab verən yeni yaşayış binalarının tikiləcəyini, qeyd olunan binalarda yaşayan sakinlərin də təzə tikiləcək binalarda qanunvericiliyin tələblərinə uyğun qaydada mənzillərlə təmin ediləcəyini bildirmiş, aidiyyəti şəxslərə müvafiq tapşırıq və tövsiyələrini verib.
“7Times.az” xəbər verir ki,daha sonra Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Bağbanlı qəsəbəsinə gedərək burada 16 aprel 2025-ci il tarixdə yağan güclü leysan yağışları nəticəsində evi qəzalı vəziyyətə düşmüş, hazırda isə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən yeni ev tikilməkdə olan qəsəbə sakini Məhərrəmova Zemfira Məhərrəm qızı üçün inşa olunan evdə işlərin gedişi ilə tanış olub.