Ölkə

İnam Kərimov məhkəmə sistemindəki islahatlardan DANIŞDI

İnam Kərimov məhkəmə sistemindəki islahatlardan DANIŞDIbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycanda məhkəmə-hüquq sistemində islahatlar hər zaman dövlətin diqqət mərkəzində olub”.

 

7Times.az  “Report”a istinadən xəbər verir ki, bunu Ali Məhkəmənin sədri İnam Kərimov Ali Məhkəmədə Femida Dialoq Platforması çərçivəsində Vəkillər Kollegiyası ilə görüş zamanı deyib.

 

O bildirib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra dövlətçiliyin təməl prinsiplərindən sayılan qanunun aliliyinə, insan hüquqları və demokratik dəyərlərin qorunmasına xüsusi diqqət verir:

 

“Əsası Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyev tərəfindən qoyulan məhkəmə-hüquq islahatları bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Aparılan islahatlar nəticəsində ölkəmizdə məhkəmə-hüquq sisteminin inkişafında əsaslı dəyişikliklər baş verib, vətəndaşların məhkəmələrə müraciət imkanlarının asanlaşdırılması məqsədi ilə regionlarda yeni məhkəmələr təşkil edilib, onların səlahiyyətləri genişləndirilib, sayı artırılıb, maddi təminatları yaxşılaşdırılıb, hakimlərin şəffaf prosedurlar əsasında seçilməklə tərkibinin əsaslı şəkildə yenilənməsinə nail olunub”.