Cəmiyyət

“İndi rus dilində təhsilə dəb kimi yanaşanlar da var” – ARAŞDIRMA

“İndi rus dilində təhsilə dəb kimi yanaşanlar da var” – ARAŞDIRMAbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ölkəmizdə övladının rus dilində təhsil almasını istəyən valideynlərin sayı günü-gündən artır.

Bəs görəsən, valideynləri rus sektorunu seçməyə vadar edən səbəblər nələrdir? Rus sektorunu seçməyin nə kimi üstünlükləri var?

“İndi rus dilində təhsilə dəb kimi yanaşanlar da var”.

Təhsil ekpserti Kamran Əsədov Unikal.org-a açıqlamasında bildirib ki, əgər rus bölməsinə olan artım tendensiyasının Azərbaycan dili bölmələrinin xeyrinə olmasını istəyiriksə, ilk növbədə bu sferada tədrisin səviyyəsi yüksəldilməlidir: “Düzdür, indi rus dilində təhsilə dəb kimi yanaşanlar da var. Onların çoxu elə bilir ki, rus dilində oxumaqla uşaqlar öz intellektləri ilə seçiləcəklər. Ancaq bu belə deyil. Əvvəla, indi əvvəlki intellektli müəllim nəsli azalıb. Məncə, uşaqların rus dilində təhsil almalarındansa, ingilis dilinə üstünlük vermələri daha məqsədəuyğundur. Rus dilini əlavə dil bilmək xətrinə öyrənmək olar. Amma ümumi tədrisi rus dilində almağa can atmaq düzgün deyil. Xüsusən əgər uşaq Azərbaycanda yaşayıb işləyəcəksə, öz dilində təhsil almalıdır. Ancaq əlavə dilləri mənimsəsə, gələcəyi üçün perspektivli olar”.

Ekspertin sözlərinə görə, hazırda ümumilikdə orta məktəblərin 7,6%-də təhsil rus dilindədir: “4472 orta məktəbin 340-ı rus məktəbidir. Bu məktəblərdə 90 min şagird oxuyur. Bu isə o deməkdir ki, ümumilikdə təhsil alan uşaqların 6,3%-i rus dilində oxuyur. Doğrudur, orta məktəblərdə 450 min uşağa rus dili xarici dil kimi tədris edilir. Bu isə ümumi şagirdlərin 32%-i deməkdir”.

“Valideynlər istəmir ki, onların uşaqları keyfiyyətsiz kitablardan dərs alsın”

K.Əsədov deyir ki, rus dilində təhsilə meyl hər bir valideynin övladını layiqli mühitdə oxutdurmaq istəyi ilə əlaqəlidir: “Əgər dərsliklərin keyfiyyəti düzəlməyibsə, müəllimlərin şagirdə primitiv münasibəti qalırsa, onda valideyn uşağını hansı bölməyə versin? Valideyn elə bir mühit axtarır ki, uşağı bu cür mənfi hallarla qarşılaşmasın. Valideynlər istəmir ki, onların uşaqları keyfiyyətsiz kitablardan dərs alsın. Ruslarda həm illüstrasiya, həm də məna baxımından kitab məsələsinə daha ciddi yanaşma var. Məsələn, yaxşı yazılmayan tarix kitabını kim oxuyar? Tarix kitabı peşəkar yazılmalıdır ki, bədii ədəbiyyatdan aldığın zövqü ondan alasan. Təsadüfi insanlar, qohum-əqrəba kitab yazmamalıdır. Bu amillər tədrisin keyfiyyətinə mənfi təsir edir.

“Bir insan nə qədər çox dil bilirsə bir o qədər yaxşıdır”

Ekspert bildirir ki, biz Azərbaycan dilinin tədrisinin keyfiyyətini yüksəltməli, həmçinin rus sektorunda Azərbaycan dilinin tədrisinə fikir verməliyik: “Yəni rus bölməsində oxuyan şagirdlər də Azərbaycan dilini mükəmməl bilməlidirlər. Rus bölməsinin sayının artmasını faciəyə çevirməyə ehtiyac yoxdur. Son 70 ildə Rus dilinin önəmliliyi olduqca yüksək idi, bu danılmazdır. Mütəxəssislərimizin bir qismi rusca daha rahatdır, nəinki Azərbaycan dilində. Hər bir insan nə qədər çox dil bilirsə bir o qədər onun üçün yaxşıdır. O ki, qaldı rus dilinə, gəlin yaddan çıxartmayaq ki, dünyanın quru ərazisinin 6/1 hissəsinin insanları bu dildə danışırlar. Bu dildə həddindən artıq informasiyalar vardır. Bu bizim üçün böyük bir informasiya məkanıdır və bunun nəyi pisdir ki?”.

K.Əsədov deyir ki, 2017- ci ildə Kiyevdə hələ ötən il rus dilində baza təhsilini qadağan etdilər, baxmayaraq ki, əhalinin 17%-i rusdur. Qazaxıstan da qazax dilində tam təhsilə keçdi. Gürcüstan və Baltikyanı ölkələr çoxdan rus dilini təhsil sistemindən çıxarıblar: “Amma qeyd edim ki, rus dilini bilmək şagirdə böyük imkanlarından istifadə etməyə imkan verir, yarıboş və heç bir xarici dil bilməyən isə sadəcə hansısa yarımçıq bilgilər üçün yarayır. Ona görə də tam vətəndaş yetişdirmək üçün rus bölməsinə, bu bölmədə təhsilə ehtiyac var”.

Rus sektorunu bitirənlər daha rahat iş tapır

Valideyn Lalə Abbasova deyir ki, övladını elə kiçik yaşlarından rus dilli bağçaya göndərib: “Sonra isə məktəb yaşı çatanda rus sektoruna qoyduq. Rus sektorunu seçmək səbəbimiz isə, övladımızın gələcəkdə işə qəbul zamanı xarici dil biliyinin olması və rahat işlə təmin olunmasıdır. Qızım özü imtahan verərək qəbul oldu”.

No description available.

Sovetdən qalma mərəz, yoxsa…

Sosioloq-jurnalist Lalə Mehralı deyir ki, ölkəmizdə dövlət məktəblərində xarici dillər arasında yalnız rus sektoru olduğu üçün bu alternativdən istifadə etmək qərarına gəliblər: “Əgər dövlət təmənnasız şəkildə şərait yaradırsa, niyə də bundan yararlanmayaq? İndi işəqəbulların bəlkə də 80-90 faizində rus dili tələbi qoyulur. Dünyanın ən hegemon dillərindən olan ingilis dili belə bizim ölkəmizdə rus dili qədər əhəmiyyət kəsb etmir. Təbii ki bu da keçmiş sovet ölkəsi olduğumuzdan və ölkəmizdə rus dilli insanların çoxluğu ilə bağlıdır”.

Bəşarət Məmmədovun doğum günüdür - 45 yaş - FOTOLAR | Faktor.az

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov isə məktəblərə qəbul prosesinin artıq sentyabrın 15-nə qədər bitdiyini və qəbulla bağlı heç bir problemin olmadığını bildirdi.

//Unikal