İdman

İngilis qolkiper faciəli şəkildə dünyasını dəyişdi

İngilis qolkiper faciəli şəkildə dünyasını dəyişdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İngiltərənin “Barton Taun” klubunun qapıçısı Ceyms Hiçkok faciəvi şəkildə həyatını itirib.

7Times.az  xəbər verir ki, 30 yaşl qolkiperr hücuma məruz qalaraq başından ölümcül zərbə alıb.

Məlumatı mərhumun çıxış etdiyi klubun mətbuat xidməti yayıb.

Hadisə, York şəhərinin vağzalında gecə gəzintisi zamanı baş verib. Ona hücum etməkdə şübhəli bilinən 22 yaşlı Makkensi Diçikko saxlanılıb. O, Yorkun Məhkəməsində mühakimə olunacaq.

Hiçkokun xatirəsinə hörmət əlaməti olaraq bu həftəsonu üçün planlaşdırılan bütün oyunlar təxirə salınacaq.

Qeyd edək ki, “Barton Taun” İngiltərənin 9-cu divizionunda çıxış edən yarı peşəkar futboçulardan təşkil olunan komandadır.

Fanat.Az