İdman

İngiltərə futbolunda hələ belə göstərici olmamışdı – Rekord

İngiltərə futbolunda hələ belə göstərici olmamışdı – Rekordbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İngiltərə Premyer Liqasında 23-cü turun rekordla yadda qalıb.

Fanat.Az “Opta Sports”a istinadən xəbər verir ki, son turda vurulan qolların ümumi sayı 45 olub və bu, Premyer Liqa tarixində rekordun yenilənməsi deməkdir.

Əvvəlki rekord 44 qol idi – 2020/21 və 2022/23 mövsümlərinin hərəsində bir dəfə tur məhsuldar alınıb.

Hazırda İPL-də bir matç üçün orta qol 3,2-dir. Bu sürətlə 2023/24 mövsümünün də qol rekordu qıra bilər. Bu mənada rekord ötən mövsüm müəyyən edilib – 1084 qol. Bu mövsüm hazırkı tempi davam edərsə, çempionatın sonuna qədər təxminən 1216 qol vurulacaq.