Maraqlı

İngiltərə kraliçası II Elizabetin uşaqlığından bəri hər gün yediyi yemək – Uzun ömür yaşamasının sirrləri

İngiltərə kraliçası II Elizabetin uşaqlığından bəri hər gün yediyi yemək – Uzun ömür yaşamasının sirrləribackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Keçən iyunda taxta çıxmasının 70-ci ildönümünü qeyd edən İngiltərə kraliçası II Elizabetin 96 yaşında vəfat edib.

Kraliçanın sağlamlığında müəyyən problemlər olsa da, səhhəti bir çox yaşıdlarından yaxşı idır. Buna görə də onun həyat tərzi və yediyi yeməklər bir çox insana maraqlı gəlir.

7Times.az  -ın “Hürriyet” saytına istinadən verdiyi məlumata görə, kraliçanın qida rasionunda bir yemək var ki, II Yelizaveta kiçik yaşlarından demək olar ki, onu yemədən bir gün keçirmir. II Elizabetin atası Kral VI Corc pis vərdişlərinə görə 57 yaşında vəfat etsə də, anası 100 yaşında ölüb. Kraliça uzunömürlülük baxımından genetik cəhətdən şanslı olsa da, xüsusi qidalanma rasionu var və müntəzəm şəkildə müayinələrdən keçirilir və bu da onun uzunömürlülük sirlərindən biridir. Bu barədə kraliçanın keçmiş şəxsi aşpazı danışıb

 

Kraliçanın keçmiş şəxsi aşpazı Makqreydin kraliçanın uşaqlıqdan bəri hər gün çörəklə mürəbbə yediyini söyləyib. Makqreydin “Youtube” kanalında yerləşdirdiyi videoda Kraliça II Elizabetin Balmoral qalası ərazisində yetişən çiyələklərdən hazırlanan mürəbbəyə üstünlük verdiyini əlavə edib. Keçmiş baş aşpazın sözlərinə görə, kraliça mürəbbə ilə birinci dəfə uşaq bağçasında tanış olub və bundan sonra günorta çayının yanında mürəbbəli sendviç yemək əvəzolunmaz vərdişinə edib.

Makqreydinin sözlərinə görə, çörəyin üzərinə bir az kərə yağı, sonra isə mürəbbə çəkilir. Amma çörəklər Britaniya sikkəsi ölçüsündə kəsilərək kraliçaya verilir. Bəzən ona qaymaq da ​​əlavə edilir.

15 il kraliça üçün işləyən Makqreydi həmçinin kraliçanın təzə çiyələyi çox sevdiyini iddia edib. Onun sözlərinə görə, əgər mövsümdürsə, kraliça həftədə üç-dörd gecə Şotlandiyanın Balmoral qalasında yetişdirilən çiyələklərdən yeyir. Ancaq mövsümündə Keçmiş baş aşpazın videosunda qeyd etdiyi daha bir nüans da var. Kraliça meyvə və tərəvəzləri yalnız öz mövsümündə yeyir.  \

Makqreydi Britaniya kral ailəsinin, xüsusən də kraliçanın yemək vərdişləri haqqında kitab yazıb. Keçmiş baş aşpaz “Krallara məxsus yemək: Saray mətbəxindən reseptlər və xatirələr” kitabında bununla bağlı bəzi məsləhətlər verib. Kitabda yazdığına görə, kraliça gündə dörd dəfə yemək yeyir: səhər yeməyi, nahar, günorta çayı və şam yeməyi.

Kraliçanın səhər yeməyi çox sadədir. Səhər yeməyindən sonra çay içir və peçenye yeyir. Onun çayın yanında verilən sendviçlərlə bağlı da bir qaydası var. Sandviçin möhkəm kənarlarını kəsmək lazımdır.

Kraliça naharı da yüngül yeyir; manqalda qızarmış balıq, “kabaçki “ və ya ispanaq. Bəzən də salat və manqalda toyuq yeyir. Axşam çayı mürəbbə ilə olur. Günorta çayında mürəbbəli sendviç yeyir. Bəzən üzərinə qaymaq da çəkir. II Elizabet axşam yeməyində çox yüngül yeməklər yeyir. Bifşteqks onun sevimli yeməyidir. Bundan əlavə, axşamlar heç vaxt kartof, makaron, düyü kimi nişastalı qidalar yemir.

Həmçinin kraliça heç vaxt sarımsaq yemir. Ümumiyyətlə, sarımsağı ailə üzvlərindən heç kəs yemir. Səbəbi kraliçanın onun dadından və qoxusundan xoşu gəlməməyidir.

Kitabdakı başqa bir məlumata görə, kraliça II Elizabetin həyatında heç vaxt dadmadığı bir yemək var: pizza. Həmçinin, kraliça şokoladlı tort və tünd şokoladı çox sevir.