Bu, keçirdiyimiz ən yaxşı oyundur.
7Times.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyt Almaniyada təşkil olunan Avropa çempionatının 1/4 finalında İsveçrə yığmasına qarşı keçirdikləri matçdan sonra deyib.
Mütəxəssis rəqibə qarşı çətin müdafiə olunduqlarını bildirib:
“Oyunçuların parlaq çıxış edəcəyini düşünürdüm. Biz onlara topla bağlı çox problem yaratdıq. İsveçrə həqiqətən yaxşı rəqibdir, təzyiq etmək, onlara qarşı müdafiə olunmaq çətindir. Yaxşı hərəkətlər edirlər. Yenidən arxadan irəli gəldik, xarakter və möhkəmlik göstərdik. Yalnız yaxşı oynamaq deyil, digər atributların hamısını göstərməlisiniz”.
Follow @7timesaz