Maraqlı

“İnsanlarda uşaqlıq dövrü 40 yaşa qədər uzanıb” – Məşhur elm adamından inanılmaz açıqlama

“İnsanlarda uşaqlıq dövrü 40 yaşa qədər uzanıb” – Məşhur elm adamından inanılmaz açıqlamabackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Uşaqlıq dövrü əvvəlki illərə nisbətən uzanıb.

Sfera.az bildirir ki, bunu London Universitet Kollecinin antropoloqu Brenna Hassett “Çeltenham Elm Festivalı”nda deyib. O, digər canlılardan fərqli olaraq  insanların valideynlərindən daha uzun müddət asılı olduqlarını bildirib: “Bunun 40 yaşa kimi belə olduğunu deyirəm, amma bilirsiniz ki, ailənizin buna dözmək istəyindən asılı olaraq müddət, daha uzun və ya daha qısa ola bilər. Sərmayə qoyan birinə çevrildiyiniz zaman uşaqlığınız başa çatır. Yəni bu, valideyn olmaqla da əlaqəli deyil. Sadəcə olaraq cəmiyyətiniz və ya mədəniyyətinizlə necə münasibət qurmağınızla bağlıdır”, – deyə  elm adamı söyləyib.

Hassett iddia edib ki,  insanlar özlərini tərbiyə etməyi öyrənsə, yetkinlik yaşına çatsa və ya kolleci bitirsələr belə, onlar uzun illər asılı vəziyyətdə qala bilirlər:
“Mən cəmiyyət üçün dəyərli heç nə istehsal etməmişəm. Vaxtaşırı anama pul göndərməsi üçün zəng edirdim. 39 yaşımda öz övladım oldu və nəhayət investoru oldum. Valideynlərim kömək etdiyi üçün bu qeyri-adi, uzun uşaqlıq dövrümü keçirə bildim”.Son olaraq, ingiltərəli alim müasir insanların yaşadığı uşaqlıq müddətinin üç əsr yaşamalı olan bir növün müddəti ilə müqayisə edilə biləcəyini əlavə edib:
“300 il yaşamırıq. Bizi eyni dərəcədə uzun uşaqlığı olan digər növlərlə müqayisə etsəniz, nəticə bir balina ola bilər.  Bununla belə, onlar da o qədər də uzun yaşamırlar. Uzun uşaqlığımız valideynlərin daha çox investisiya qoymasına səbəb oldu. Bu, neandertalları üstələyərək dominant insan növünə çevrilməyimizin və onları nəsli kəsilməyə məcbur etməyimizin səbəblərindən biri ola bilər. 21-ci əsrin tələbləri yetkinliyin uzanması deməkdir. Şimpanzelər yeniyetməlik dövrünü bir və ya iki il keçirirlər. Onlar bir neçə il sonra, sosial cəhətdən hazır olduqda cinsi yetkinliyə çata və uşaq sahibi olurlar. Bunlar isə sosial cəhətdən bildiyimiz ən mürəkkəb heyvanlardır. Bizə 20-30 il, onlara isə cəmi 2 il lazımdır”.