Gündəm

“İran bu mesajdan ciddi nəticə çıxarmalıdır” – KÖNÜL NURULLAYEVA

“İran bu mesajdan ciddi nəticə çıxarmalıdır” – KÖNÜL NURULLAYEVAbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İranın sərhəddə keçirdiyi antiAzərbaycan təlimləri bu ölkənin özü üçün ciddi problemlər yaratdı. İlk növbədə Tehran hansı qüvvə ilə üz-üzə gəlmək istədiyini anlamalıdır. “Əzələ nümayişi” olan təlimlər İran ordusunun gücündən daha çox qeyri-peşəkar, müasir dövrün hərbi standartlarından çox geridə qaldığını göstərdi. Görünən budur ki, uzun illər tətbiq olunmuş sanksiyalar səbəbindən İran ordusu texnoloji baxımdan 50 il əvvəlki səviyyədə qalıb”

Bunu “7times.az”a açıqlamasında deputat Könül Nurullayeva bildirib. O qeyd edib ki, Azərbaycan ictimaiyyəti İranın Ermənistanın ölkəmizə qarşı  terror siyasətinə verdiyi dəstək nümunəsində bunun şahidi olub:

“Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanla mətbuata birgə bəyanatında da qeyd etdiyi kimi, Türkiyə-Azərbaycan birliyi bölgədə çox önəmli amildir. Bu, sülh, sabitlik amilidir. Ancaq, eyni zamanda, əgər kimsə yenə də bizə qarşı ədalətsiz hərəkət etmək istəsə, əlbəttə ki, bu amili ciddi nəzərə almalıdır.  Əsas mesaj budur və İran bu mesajdan ciddi nəticə çıxarmalıdır.

Hazırda İranda cərəyan edən hadisələr, kütləvi etirazlar, iğtişaşlar insanların molla rejiminin tətbiq etdiyi üsul-idarə ilə artıq barışmadığını göstərir. İran cəmiyyəti artlq din amilindən istifadə etməklə bütün hüquq və azadlıqlarının məhdudlaşdırılmasını, orta əsr təfəkkürünü,  teokratik idarəçiliyi, anti-insani davranışı qəbul etmir. İran hakimiyyətinin milli  sərvətləri ayrı-ayrı ölkələrdə təsir güclərinin yaradılmasına və saxlanmasına, sabitliyin pozulmasına yönəltməsi İranın dünyada terroru dəstəkləyən ölkə imicinin formalaşmasını şərtləndirən əsas amillərdir. Azərbaycan ictimaiyyəti İranın Ermənistanın ölkəmizə qarşı  terror siyasətinə verdiyi dəstək nümunəsində bunun şahidi olub”.

Könül Nurullayeva onu da vurğulayıb ki, İran islami dəyərlərin məhv edilməsini görməzlikdən gəlib:

“Ümumiyyətlə, rəsmi Tehran öz ənənəsinə sadiq qalaraq  ermənipərəst və anti-Azərbaycan siyasətini davam etdirir. Otuz illik işğal dövründə də İran Ermənistanla siyasi, iqtisadi-ticarət, humanitar əlaqələrini inkşaf etdirərək, birgə layihələr həyata keçirirdi. Bu ölkənin rəhbərləri əli müsəlmanların qanına batmış Xocalı cəlladlarına – Koçaryan və  Sarkisyana isti münasibət sərgiləyirdi. Bu gün də eyni siyasət davam edir. Təsadüfi deyil ki, Türkiyə Prezidenti R.T.Ərdoğanın Azərbaycana səfəri zamanı İranın xarici işlər naziri Əmir Abdullahian da İəvana səfər etdi. Bu davranışla İran Ermənistanın yanında olduğunu, onun maraqlarını müdafiə etdiyini öz əməli ilə təsdiqləyir.

Təəssüflə qeyd etməliyik ki, işğal dövründə İran Azərbaycan xalqına məxsus milli mədəni irsin dağıdılmasına, məscidlərin təhqir olunmasına göz yumub. İslami dəyərlərin məhv edilməsini görməzlikdən gəlib.

44 günlük Vətən müharibəsində də İran Azərbaycanın qələbəsini həzm etmirdi. Müharibənin gedişində Ermənistana silah yardımları edir, Azərbaycana qarşı hər cür vasitələrdən istifadə edirdi.

İran rəhbərliyi Azərbaycanın qələbə qazandığına əmin olduqdan sonra ölkəmizə dəstək ifadə edən bəyanat verib.

Postmünaqişə dövründə Azərbaycanın atdığı addımlar, o cümlədən də Zəngəzur dəhlizi heç kimə qarşı yönəlməyib, əksinə, bölgənin inkişafına əsaslı töhfə vermək məqsədi daşıyır. Bu mənada cənub qonşumuz İranın da aqressiyası əsassızdır. İran kənarda düşmən obrazı yaratmaq əvəzinə daxildəki problemləri həll etsə, daha yaxşı olar”.

7times.az