Dünya

İranda DƏHŞƏT: Daha 9 nəfər edam edild

İranda DƏHŞƏT: Daha 9 nəfər edam edildbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran zindanlarında 9 nəfər edam edilib. 

7Times.az xəbər verir ki, bu barədə “Azad İran” teleqram kanalı məlumat yayıb.

Bildirilib ki, insan haqları təşkilatlarının verdiyi məlumata görə, son iki gün ərzində İranda daha 9 məhkum edam edilib.

Məlumata görə, Kerman həbsxanasında 6, Xurrəmabad həbsxanasında 2, Məşhəd şəhər həbsxanasında isə 1 nəfərin edam hökmü icra olunub. Edam edilən şəxslər narkotik maddələrin alverində ittiham edilib.

Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları üzrə Ali Komissarlığı İranda cari ilin may ayının 10-a kimi 209 nəfərin edam edildiyini açıqlayıb.