Dünya

İranla danışıqlar aparmırıq – Tramp

İranla danışıqlar aparmırıq – Trampbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun Tehranla danışıqlar aparmadığını bildirib.

7Times.az xəbər verir ki, Tramp bu barədə jurnalistlərə açıqlamasında deyib.

“Bu və ya digər şəkildə, olduqca yaxın zamanda nəsə baş verəcək. Əksəriyyət bunun seçkilərdən sonra olacağını düşünür. Görək nə baş verir”, – ABŞ Prezidenti qeyd edib.

Bundan əvvəl “The New York Times” qəzeti ABŞ və İsrailin Konqresə aralıq seçkilərdən sonra İrana zərbələrin bərpası planını hazırladığını iddia edib.

Nəşrin məlumatına görə, plan qısamüddətli və güclü hərbi əməliyyatın keçirilməsini nəzərdə tutur. Ehtimal olunan hədəflər arasında İranın enerji infrastrukturu, nüvə obyektləri, raket və pilotsuz uçuş aparatları arsenalı yer alır.