Azərbaycan ordusunun Şuşa şəhərini işğaldan azad etməsinə bütün müsəlmanlar sevinir.
7times.az xəbər verir ki, bunu İran parlamentinin deputatı Vəli Esmaili deyib.
İranlı deputat Azərbaycanın işğalda qalan digər ərazilərinin də tezliklə azad edilməsini arzulayıb:
“Azərbaycan öz ərazilərini BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə əsasən işğaldan azad edir.
Çox sevinirik ki, uzun illərdən sonra Şuşa məscidində azan səsi eşidiləcək. Bu isə bütün müsəlmanları sevindirən nüansdır.
İranın Ali Lideri Ayətulla Seyid Əli Xamneyinin Ermənistan tərəfindən işğal olunmuş ərazilərin azad edilməsi bəyanatını bu istiqamətdə qiymətləndirmək lazımdır. Buna əsasən çox sevinirik”.Trend
Follow @7timesaz