İranlılar arasındakı həmrəylik ABŞ-ni sarsıdıb. Bunu İranın ali rəhbəri Müctəba Xamenei “X” sosial şəbəkə hesabında yazıb.
“Həmvətənlər arasında yaranmış heyrətamiz birlik nəticəsində düşməndə sarsıntı əmələ gəlib”, – o bildirib və əlavə edib ki, xalqın birliyi daha da möhkəmlənəcək.
M. Xameneinin sözlərinə görə, ABŞ-nin informasiya savaşı iranlıların milli ruhunu hədəf alıb və həmrəyliyə xələl gətirmək məqsədi daşıyır.
Qeyd edək ki, aprelin 23-də İran Prezidenti Məsud Pezeşkian, parlamentin sədri Məhəmmədbaqer Qalibaf və məhkəmə hakimiyyətinin rəhbəri Qulamhüseyn Möhsüni-Ejei də oxşar motivli paylaşımlar ediblər. (report)
Follow @7timesaz


