Gündəm

İrəvanın Gəncə hücumu dəhşətdir – Fransadan baxış

"Dinc əhali, uşaqlar bu zülmə məruz qalmamalıdır".

İrəvanın Gəncə hücumu dəhşətdir – Fransadan baxışbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müharibə ilə müharibədaxili cinayət tam fərqli anlayışlardır. Xüsusən də bu akt dinc əhaliyə istiqamətlənibsə, dəhşətə çevrilir.

7times.az xəbər verir ki, bu sözləri Fransanın “Connecting Pro People” birliyinin üzvü Conatan Şast Publika.az-a açıqlamasında bildirib.

Şast Ermənistanın ağır silahlarla hücumuna məruz qalan Gəncə şəhərində baş verənlərdən dolayı kədərini ifadə edib:

“Dinc əhali, uşaqlar bu zülmə məruz qalmamalıdır. Döyüş cəbhəsindən kənara silahlardan atəş açılmamalıdır. Azərbaycan xalqına qarşı baş verən bu terror aktını pisləyirəm”.