İspaniya millisi tarixi rekorda imza atıb.
7Times.az “Opta”-ya istinadən xəbər verir ki, pireneylilər bunu Millətlər Liqasının qrup mərhələsinin 6-cı turunda İsveçrəni məğlub etməklə (3:2) reallaşdırıb.
Beləliklə, yarışın son qalibi 2024-cü ildə 14-cü qələbəsini qazanıb.
Yoldaşlıq oyunları da nəzərə alınmaqla 17 matça çıxan İspaniya yalnız üç dəfə qalib gələ bilməyib. Bu, yığmanın tarixində yeni rekorddur. İspaniyanın əvvəlki uğuru 2010-cu ilə təsadüf edib. Həmin vaxt İspaniya 13 dəfə qalib gəlib. Yeri gəlmişkən, komanda 2010-cu ildə dünya çempionu olub.
Qeyd edək ki, Luis de la Fuentenin yetirmələri son olaraq 2024-cü il martın 23-də Kolumbiyaya yoldaşlıq oyununda yenilib – 0:1.
Follow @7timesaz