Dünya

İsrail müharibənin üçüncü mərhələsinə başlayıb – Netanyahu

İsrail müharibənin üçüncü mərhələsinə başlayıb – Netanyahubackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail Müdafiə Qüvvələrinin (IDF) Qəzza zolağında apardığı hərbi əməliyyat Fələstin anklavında quru əməliyyatlarının genişləndirilməsini əhatə edən üçüncü mərhələyə daxil olub.

 

7Times.az  xarici KİV-ə istinadən xəbər verir ki,  bunu İsrailin baş naziri Benyamin Netanyahu deyib.

 

“Biz müharibənin ortasındayıq. Üçüncü mərhələ Qəzza zolağına qurudan nüfuzun genişləndirilməsidir”, – yəhudi dövlətinin baş naziri bəyan edib.

 

O xatırladıb ki, İsrail üçün hərbi toqquşmaların məqsədi Fələstinin HƏMAS radikal qruplaşmasının hərbi və inzibati potensialını tamamilə aradan qaldırmaqdır.

 

Netanyahunun sözlərinə görə, İsrail ordusu sistemli və güclü şəkildə irəliləyir. Bundan əlavə, İsrail ordusu Livandan atışmaların aparıldığı şimal cəbhəsində yüksək hazırlıq vəziyyətindədir .