Azərbaycanın İsraildə səfirlik açması Bakı – Təl-Əviv əlaqələrinin artan gücü və yaxınlığının göstəricisidir.
7Times.az xəbər verir ki, bu barədə İsrailin Azərbaycandakı səfiri Corc Dik Azərbaycan və İsrail arasında diplomatik münasibətlərin qurulmasının 31-ci ildönümü ilə bağlı paylaşımında qeyd edib.
“Bu gün, aprelin 7-də biz İsrail ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 31-ci ildönümünü qeyd edirik. Cəmi bir il öncə biz Azərbaycanın İsraildə səfirliyinin açılışını qeyd etdik. Bu mərhələ bizim əlaqələrimizin getdikcə artan gücünü və yaxınlığını vurğulayır. Dostluğumuz üçün daha da parlaq perspektivlərlə dolu gələcək naminə!”, – diplomat yazıb.
Xatırladaq ki, 1991-ci ilin dekabrın 25-də İsrail Azərbaycanın müstəqilliyini rəsmən tanıyıb və bunu edən ilk dövlətlərdən biri olub. Növbəti ildə isə ölkələr arasında diplomatik münasibətlər qurulub. 1993-cü ildə yəhudi dövləti Azərbaycanda səfirlik açıb. Azərbaycanın İsraildəki diplomatik missiyası isə 2022-ci ilin sonunda təsis edilib, 2023-cü ilin martında isə fəaliyyətə başlayıb.
Follow @7timesaz