Dünya

“İsrail və HƏMAS razılaşma əldə etmək üzrədir”  ABŞ nəşri

“İsrail və HƏMAS razılaşma əldə etmək üzrədir” – ABŞ nəşribackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

HƏMAS və İsrail arasında əsir mübadiləsi məsələsi bir neçə gün ərzində öz həllini tapacaq.

“AzPolitika.info” xəbər verir ki, bu barədə ABŞ-ın “The Washington Post” nəşri adı açıqlanmayan yüksək səviyyəli İsrail rəsmisinə istinadla məlumat yayıb.

Məlumata görə, qadın və uşaqlardan ibarət israilli və fələstinli girovlar eyni anda azad ediləcəklər.

İsrail rəsmisi, bir neçə gün ərzində açıqlanacağı ehtimal edilən razılaşma çərçivəsində əsirlərin təhlükəsiz şəkildə evlərinə çatacağını və humanitar yardımların artmasına səbəb olacaq 5 günlük atəşkəsin elan ediləcəyini deyib.

Razılaşmanın İsrail, Qətər və ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) əməkdaşlığı nəticəsində baş tutacağı bildirilir.

Qeyd edək ki, HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadalarının sözçüsü Əbu Ubeyde İsrailin Qəzzada 100 qadın və uşağın azad edilməsini istədiyini ifadə edib. O, 5 günlük atəşkəs qarşılığıında 50 qadın və uşağı sərbəst buraxa biləcəklərini, hətta bu rəqəmin 70-ə çata biləcəyini bildirib.