Azərbaycan Xarici İşlər Nazirliyi Pakistanın Xeybər-Paxtunxva əyalətinin Kohat şəhərində məscid və polis məntəqəsini hədəf alan terror aktını qətiyyətlə pisləyib.
7Times.az xəbər verir ki, XİN-in paylaşımında bildirilib ki, hadisə nəticəsində həyatını itirənlərin ailələrinə və yaxınlarına, həmçinin Pakistan hökumətinə və xalqına dərin hüznlə başsağlığı verilir, yaralananlara isə şəfa arzulanır.
Azərbaycan terrorizmin bütün formalarına qarşı mübarizədə Pakistanla həmrəy olduğunu bəyan edib.
Follow @7timesaz


