Dünya

Paşinyan Amerikaya getdi

Paşinyan Amerikaya getdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın baş naziri Nikol Paşinyan Nyu-Yorka yola düşüb.

7Times.az xəbər verir ki, Paşinyan bu barədə sosial şəbəkədə video paylaşaraq bildirib.

“Hazırda təyyarəyə minməyi gözləyirik. BMT Baş Assambleyasının növbəti sessiyasında iştirak etmək üçün Nyu-Yorka yollanırıq”, – baş nazir qeyd edib.

Baş nazirin mətbuat katibi Melanya Arutyunyan da Paşinyanın sentyabrın 22-dən 25-dək ABŞ-da işgüzar səfərdə olacağını açıqlayıb.

Onun sözlərinə görə, Ermənistan hökumətinin başçısı Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyasının işində iştirak edəcək və sessiyanın yüksək səviyyəli iclasında çıxış edəcək.

Səfər çərçivəsində Nikol Paşinyanın BMT-nin baş katibi Antonio Quterreş və digər xarici tərəfdaşlarla görüşlər keçirməsi nəzərdə tutulur.

Qeyd edək ki, BMT-nin 81-ci Baş Assambleyasının ümumi müzakirələri sentyabrın 22-dən 26-dək keçiriləcək.