Aktual

İsraildən gözlənilməz Ukrayna qərarı – Qadağan edildi

İsraildən gözlənilməz Ukrayna qərarı – Qadağan edildibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail Daxili İşlər Nazirliyi ölkəyə gələn ukraynalıların qeydiyyat formasını qəfil dəyişib.

 

7Times.az  xəbər verir ki, indi yalnız birinci dərəcəli qohumlar ölkəyə daxil ola bilər: ana, ata, oğul, qız, bacı, qardaş, ər, arvad.

Ölkəyə dəvət formasında başqa seçim yoxdur. Belə bir forma vasitəsilə əldə edilən icazə olmadan bir Ukrayna vətəndaşı belə təyyarəyə buraxılmayacaq.

 

Daxili İşlər Nazirliyindən heç bir müvafiq təlimat və ya elan olmayıb. Bununla nazirlik Ukrayna vətəndaşları üçün vizasız girişi ləğv edib. Əgər onların İsraildə yaxın qohumları yoxdursa, ölkəyə gedə bilməyəcəklər. (Teleqraf.com)