“Fluminense”nin futbolçusu Con Arias karyerasını “Qalatasaray”da davam etdirməyə yaxındır.
7Times.az xəbər verir ki, bu barədə “Fanatik” məlumat yayıb.
Mənbəyə görə, kolumbiyalı cinah oyunçusu ilə İstanbul klubu arasında razılıq əldə edilib. Klubu ilə də son olaraq transfer qiymətində danışıqlar aparılır. “Cimbom”un keçid üçün 8 milyon avro ödəyəcəyi gözlənilir.
Con Ariasın Braziliya təmsilçisi ilə müqaviləsinin müddəti 2026-cı ilə qədərdir.
Offsideplus.az
Follow @7timesaz