“Beşiktaş” “Qarabağ”ın hücumçusu Olavio Juninyo ilə maraqlanır.
Offsideplus.az yerli mətbuata istinadən xəbər verir ki, Türkiyə təmsilçisinin idman direktoru Samet Aybaba Juninyonu izləmək üçün Almaniyaya gedəcək.
Belə ki, mütəxəssis martın 14-də keçiriləcək “Bayer” – “Qarabağ” matçında iştirak edəcək.
O, həmçinin “Bayer”in bir neçə futbolçusunu da izləyəcək.
Bu komandalar arasında Bakıda keçirilən matçda qalib müəyyənləşməmişdi – 2:2.
Follow @7timesaz