Manşet

“İstəsəydik, Xankəndini şumlayardıq…“ – Deputat

“İstəsəydik, Xankəndini şumlayardıq…“ – Deputatbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qondarma rejimin başçısı Araik Arutunyan və “administrasiya”aı hələ də Xankəndidədir. Hətta dünən o, erməni generalları da Xankəndinə dəvət edib.

Maraqlıdır, separatçıların Xankəndidəki mövcudluğu nə qədər davam edəcək?

7times.az xəbər verir ki, Milli Məclis deputatı Aqil Abbas bildirib ki, separatçılar Xankəndidə yəqin ki, 2-3 ay qala biləcəklər:

“Bundan artıq davam edə bilməz. Əgər erməni orada konstitusion vətəndaşlığımızı qəbul edib yaşayarsa, yaşasın. Amma heç Ermənistanda erməni qalmayıb, Xankəndidə, yaxud Ağdərədə necə qalacaqlar? Arutunyan da təxminən bir rayonun icra başçısı kimi şeydir. Azərbaycanda 100 minlik əhalisi olan 50 rayon var. İşğaldana zad edilən rayonlara icra başçısını artıq Azərbaycan təyin edəcək. Ola bilər ki, erməni çoxluq təşkil etsə, o da təyin etsin, burada böyük bir şey yoxdur, amma onlar çoxluq təşkil etməyəcək”.

Millət vəkili Arutunyanın cinayət məsuliyyəti daşıdığını vurğulayıb:

“Müharibədə belə bir şey var ki, əgər əsgər and içirsə, o cinayət məsuliyyəti daşımır. Onlar əsir götürülürlər, sonra da buraxılırlar. Ola bilər ki, cənab Prezident əgər kimsə qələt etdiyini boynuna alsa, onu əfv etsin. Çünki bir erməni məcbur döyüşə göndərilirsə, onu prezident əfv edə bilər. Amma Arutunyan və oradakı komandirlər sırf cinayət məsuliyyəti daşıyır”.

Aqil Abbas vurğulayıb ki, artıq Daxili İşlər nazirimiz müəyyən rayonlara komendant funksiyasını yerinə yetirəcək polis rəisləri təyin edir. Artıq Xocavənd polisi Hadruta, Füzuli polisi Füzuliyə, Şuşa polisi də gözəl Şuşamıza köçür: “Xankəndi polisini də Xənkəndinə köçürəcəklər. Ağdərə isə əslində, rayon kimi ləğv olunub, yenidən onu təşkil etsək, onda da bunu etmək mümkün olacaq. Xocalı polisini də Ağcakənddən Xocalıya köçürəcəklər. Yəni sistem budur. Prezidentin fərmanı və Daxili İşlər Nazirliyinin gördüyü işlər göz qabağındadır. Xankəndidə hazırda sülhməramlılar var, axı ermənilər nə edə bilər? Orada Azərbaycan bayrağı dalğalanacaq, başqa cür ola bilməz. Biz əgər istəsəydik, Xankəndini də, Şuşanı da, Hadrutu da, Ağdərəni də şumlayardıq. Axı biz öz torpağımıza bunu niyə edək? Biz yalnız hərbi obyektləri vururduq. Şuşa indi tərtəmizdir. Tuğda mənim bir şöbə müdirim baş leytenant kimi döyüşür. O oradan bizə zəng edirdi. Onun sözlərinə görə, ermənilər orada villalar tikiblər, biz onu niyə dağıdaq, ora bizim evimizdir. Düzdür, möhkəm dezinfeksiya aparmalıyıq ki, erməni qoxusu oradan çıxsın, çünki onların “oğraş” bir iyi var. Daha sonra hər hansı problem olmayacaq. Erməni generalı qorxusundan oraya gələ bilər?”.Yenisabah