Dünya

İsveç Ukrayna ordusuna təlim keçəcək

İsveç Ukrayna ordusuna təlim keçəcəkbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsveç hakimiyyəti Birləşmiş Ekspedisiya Qüvvələrinin tərkibində Ukrayna hərbçilərinə təlim keçmək üçün Böyük Britaniyaya 120 təlimatçı göndərmək qərarına gəlib.

 

7Times.az  xəbər verir ki, bu barədə hökumətin rəsmi saytında məlumat dərc olunub.

 

Söhbət bir neçə kursa bölünəcək əsas təlimdən gedir. Təşəbbüsün məqsədi Ukraynaya müdafiə potensialını saxlamaq və gücləndirmək imkanı verməkdir. “Dünyanın qalan hissəsinin suverenlik və öz müqəddəratını təyinetmə uğrunda mübarizəsində Ukraynanı dəstəkləməyə davam etməsi vacibdir. İsveçin bu səylərdə iştirak etməsi vacibdir və isveçli təlimatçılar Ukraynanın müdafiə qabiliyyətini gücləndirməyə kömək edəcək”, – müdafiə naziri Peter Hultqvist bildirib.Ümumilikdə Britaniya proqramında Ukraynadan 10 minə yaxın əsgər iştirak etməlidir. Eyni zamanda, təlimlərə 60 təlimatçı cəlb olunacaq. Təlim proqramının İsveç hissəsinin nə vaxt başlayacağı hələ məlum deyil.