Dünya

“İsveçin NATO prosesi zaman alacaq” – Ann Linde

“İsveçin NATO prosesi zaman alacaq” – Ann Lindebackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsveçin xarici işlər naziri Ann Linde İsveçin NATO prosesinin vaxt aparacağını bəyan edib.

7Times.az xarici KİV-ə istinadən xəbər verir ki, Linde bu haqda NATO ilə bağlı mətbuata açıqlama verən zaman danışıb.

O, iyunun sonunda İspaniyada keçiriləcək NATO sammitində İsveçə üzvlük verilməsi ilə bağlı spekulyasiya etmək istəmədiyini və NATO prosesinin ölkəsi üçün vaxt aparacağını bildirib.

Linde ümid etdiyini bildirib ki, prosesin sonunda hər kəsin razı qalacağı bir nəticəyə nail olunacaq:

“NATO prosesi zaman alsa da, hər kəsin xoşbəxt olacağına ümid edirəm. Bu ümid NATO üzvü olmağımızdır”.

NATO-nun Türkiyə ilə danışıqlarını konstruktiv olaraq qiymətləndirən Linde danışıqların kəsilməyəcəyinə ümid etdiyini də əlavə edib.