Maqazin

İzzət Bağırovla bağlı ŞOK XƏBƏR: “Əlli min dəfə demişəm ki…” – FOTOFAKT

İzzət Bağırovla bağlı ŞOK XƏBƏR: “Əlli min dəfə demişəm ki…” – FOTOFAKTbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Məşhur “7-17” Musiqi Müsabiqəsindən sonra populyarlaşan İzzət Bağırov fəxri ad almasa da iştirak etdiyi əksər verilişlərdə, yaxud açıqlama, müsahibə verdiyi bəzi saytlarda Əməkdar artist kimi ictimaiyyətə təqdim olunur.
Qəribədir ki, 1995-ci ildən səhnələrdə “külüng vuran” müğənninin bu cür təqdim olunması, fəxri ad alıb-almadığının yoxlanılması heç kimin diqqətini çəkməyib. Müğənninin özü də bu barədə indiyə qədər heç kimə məlumat verməyib, onu Əməkdar artist kimi təqdim edənlərə etirazını bildirməyib.
Medianews.az məsələni araşdırmaq üçün Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti ilə əlaqə saxlayıb. Yalnız üç gündən sonra adıçəkilən dövlət qurumundan sorğuya cavab olaraq bildirilib ki, bu sualla bağlı Prezident Adminstrasiyasının mədəniyyət şöbəsi açıqlama verə bilər.
O ki qaldı müğənninin özünə, “bir çox saytlarda, elə verilişlərdə də siz Əməkdar artist kimi təqdim edilirsiniz. Bundan narahat olmursunuzmu?” sualına İzzət Bağırov, “bu yazılar var ki, haqqımda saytlarda gedir ha, heç məndən müsahibə də almayıblar. Hansısa verilişlərdən götürüb qoyurlar xəbər kimi öz saytlarına. Əlli min dəfə demişəm, a balam, mən ad almamışam! Ad mənə verməyiblər, mən onların o siyahısında yoxam! Amma yəqin məni elə görürlər. Yenə sağ olsunlar, məni o zirvədə gördüklərinə görə. Amma unudulanlar siyahısındayam. 30 ildən çoxdur fəaliyyət göstərirəm. Nə bilim e… nə isə…” – deyə cavab verib.
Elə müğənninin bu açıqlamasından aydın olur ki, “7-17” Musiqi Müsabiqəsindən tanıdığımız İzzət Bağırov hələ də Əməkdar artist adı ilə təltif olunmayıb.